00:00:00
Yazar
Admin User
26.01.2015 11:01 469 1 dəq oxuma
Hadisə

Partlayış iki nəfərin xəsarət alması ilə nəticələnib

Səhər saatlarında Cəlilabad rayonunun Fərid Əhmədov küçəsində güclü partlayış baş verib.
Partlayış iki nəfərin xəsarət alması ilə nəticələnib

Səhər saatlarında Cəlilabad rayonunun Fərid Əhmədov küçəsində güclü partlayış baş verib.

Nəticədə həmin küçədə yaşayan rayon sakinləri 1966-cı il təvəllüdlü Əliyev Ərəstun Qulu oğlu və onun həyat yoldaşı 1964-cü il təvəlllüdlü Əliyeva Mədinə Xalıq qızı bədənin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən müəlumata görə, yaralıların xəsarətləri ağır olduğundan hər iki xəstə paytaxta gətirilib.

Şahidlərin sözlərinə görə, baş vermiş hadisəyə səbəb qaz xəttlərində yaranan sızmadır. Xoşbəxtlikdən partlayış zamanı evdə digər zərərçəkən olmayıb.

 Faktla baglı araşdırmalar aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər