00:00:00
Yazar
Lalə Qafarova
28.09.2026 22:10 61 2 dəq oxuma
Hadisə

Paytaxtda qəza riskləri - Minik avtomobillərinin təhlükəli manevri 

Paytaxtda qəza riskləri - Minik avtomobillərinin təhlükəli manevri

Yol hərəkəti qaydalarının pozulması hərəkət zamanı riskləri də artırır. Son yayımlanan videolarda kobud qayda pozuntularının ağır qəzalara səbəb olduğunu aydın görmək olar. Mövzunu AzTV Xəbər komandası araşdırıb.

 

TİTR: LALƏ QAFAROVA - MÜXBİR

 

STAND-UP: İzlədiyiniz görüntülər bunu deməyə əsas verir ki, yolda təhlükə hər zaman sürücünün özündən qaynaqlanmır. Bəzən bir avtomobilin qəfil yola çıxması, düzgün manevr sürücünün verdiyi anlıq qərar avtobusdakı onlarla sərnişinin süməməsi avtobusun hərəkətini saniyələr içində dəyişir. Nəticədə isə təhlükəsizliyinə təsir edir. 

 

SİNXRON: Balaca maşınlarla bağlı hamımız bilirik ki, çox təhlükəli sürürlər. Avtobus zolağı var, başa düşməlidirlər ki, 1.1 xətti tapdalayıb keçəndə, 1.5 var onlar üçün ayrılmış xəttdir. O xətti keçəndə avtobus zolağını buraxmalıdır. Sağı buraxıb, keçməlidir. 

 

SİNXRON: Avtobus öz hərəkəti ilə gedirsə, balaca minik maşını resqi qabağına çıxırsa, avtobus istər istəməz tormozu verib hadisə törədir.

 

K.A: Ekspertlərin fikrincə, sürücülər yalnız öz hərəkət trayektoriyasını deyil, ətrafdakı nəqliyyat vasitələrinin imkanlarını da nəzərə almalıdır. 

 

TİTR: ELDƏNİZ CƏFƏROV - NƏQLİYYAT ÜZRƏ EKSPERT

 

SİNXRON: Avtobus minik avtomobili kimi qəfil dayana bilmir. Bunu həm avtobus sürücüsü, həm də digər yol-hərəkət iştirakçıları nəzərə almalıdırlar. Və minik avtomobillərinin sürücüləri onu da bilməlidirlər ki, şəhər mühitində üstünlük ictimai nəqliyyata verilir. O cümlədən ictimai nəqliyyatın avtobus seqmentinə. Avtobus dayanacağa daxil olarkən, dayanacaqdan çıxarkən ona mütləq yol vermək lazımdır. İNTERŞUM

 

QRAFİKA: ÖMƏR XIDIROV – DİN-İN NİİM-NİN MƏTBUAT KATİBİ

 

SİNXRON: Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sərnişinlərin həyatı üçün təhlükəli vəziyyət yaranmaqla yanaşı, onlar düşürdülür, qəza iştirakçısı olan avtobus hərəkətdən kənarda qalır, marşrut üzrə hərəkətin bərpası üçün əvəzedici avtobusun təmin edilməsinə ehtiyac yaranır. Beləliklə, bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşması nəticəsində onlarla sərnişin həm təhlükə və stress yaşayır, həm də əlavə vaxt itkisi ilə üzləşir.

 

K.A: Bir sözlə, zolaqları dəyişərkən sürücülər diqqətli olmalıdırlar. Ara məsafəsi saxlamaq isə ən vacib şərtlərdəndir. Çünki ani və düşünülməmiş manevr 10-larla insanın həyatını riskə atır.

 

LALƏ QAFAROVA, FƏRHAD QULİYEV, AZTV XƏBƏR

#gündəm #yeni #azərbaycan #avtomobillərinin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər