00:00:00
Yazar
Ayan Sadi
30.10.2026 22:43 36 1 dəq oxuma
Dünya

Pentaqonun İranla bağlı planı nələri ehtiva edir?

 

Pentaqonun İranla bağlı planı nələri ehtiva edir?

ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyata hazırlaşdığına dair iddialar Vaşinqtonda müzakirələrə səbəb olub. “The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper prezident Donald Trampa İrana qarşı mümkün hərbi əməliyyat variantları barədə məlumat verib.

 

 

Məlumata əsasən, ehtimal olunan əməliyyatın qısamüddətli, lakin intensiv bombardman şəklində həyata keçirilməsi nəzərdən keçirilir. Hədəflər sırasında İranın enerji infrastrukturu, o cümlədən elektrik stansiyaları və neft obyektlərinin də ola biləcəyi bildirilir.

 

 

Bu arada, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Qətər yeni müharibənin qarşısını almaq məqsədilə diplomatik səylərini gücləndirir. ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra prezident Donald Trampın hansı addımı atacağı isə diqqət mərkəzindədir.

 

 

CNN TÜRK

Aydan Əsgərxanlı

#baki #planı #gündəm #nələri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər