Polis əməkdaşları qanunsuz silah-sursat aşkarlayıb
Sentyabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 6 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edərək götürüblər.
"İnformator.az" xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
