00:00:00
Yazar
Səmayə Səftərova
15.10.2026 20:49 33 1 dəq oxuma
Dünya

"Politico": Uitkoff Ağ Evin aparat rəhbəri vəzifəsinə namizədlər arasındadır

"Politico": Uitkoff Ağ Evin aparat rəhbəri vəzifəsinə namizədlər arasındadır

ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Ağ Evin aparat rəhbəri Syuzan Uaylsın vəzifədən kənarlaşdırılması ehtimalını müzakirə edir.

"İnformator.az" xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp aşağı populyarlıq reytinqlərini Uaylsın fəaliyyəti ilə əlaqələndirir. Ağ Evin aparat rəhbərinin ABŞ administrasiyasındakı rəqibləri prezidentin diqqətini onun ailəsi və ətrafı haqqındakı mənfi yazılara yönəldirlər.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, 69 yaşlı Uayls hələlik dövlət başçısı ilə bu vəzifəni nə qədər müddətə tutacağını müzakirə etməyib.

"Politico"nun qeyd etdiyi kimi, Tramp Ağ Evin aparat rəhbəri vəzifəsinə mümkün namizədlər arasında onun müavini Stiven Milleri, öz xüsusi nümayəndəsi Stiv Uitkoffu və ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq spikeri Kevin Makkartini nəzərdən keçirir.

Tramp özü bu məlumatı təkzib edib.

"Tamamilə yalan xəbərdir. "Politico" nə faktlara, nə dürüstlüyə, nə də vicdanlı jurnalistikaya əhəmiyyət verir - məhz bu səbəbdən mən onları Ağ Evdən qovdum! Syuzi Uayls mənim sadiq və ən uzun müddət işləyən Ağ Evin aparat rəhbərimdir və bunun bir səbəbi var. O, ən başından bəri mənimlədir və etibarlı məsləhətçimdir", - ABŞ lideri bildirib.

Sentyabrın ortalarında Uayls onkoloji xəstəlikdən müalicə kursunu uğurla başa vurduğunu bildirib.

#ABŞ #Ağ Ev #namizəd
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər