00:00:00
Yazar
Nigar Həsənzadə
15.02.2026 21:24 7 4 dəq oxuma
İqtisadiyyat

Post-neft erasında dayanıqlı inkişaf: Azərbaycan iqtisadiyyatının yeni prioriteti

Post-neft erasında dayanıqlı inkişaf: Azərbaycan iqtisadiyyatının yeni prioriteti

Qlobal enerji bazarlarında dəyişən tendensiyalar, yaşıl enerji keçidi və karbohidrogenlərə tələbin uzunmüddətli perspektivdə azalması neftdən asılı iqtisadiyyatlar qarşısında yeni çağırışlar yaradır. Azərbaycan da post-neft dövrünə hazırlıq istiqamətində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və dayanıqlı artım modelinə keçid kimi prioritetləri ön plana çıxarır.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində iqtisadçı Rəşad Həsənov bildirib ki, post-neft dövründə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, dayanıqlığın təmin edilməsi mühüm çağırışlardan biri olaraq ortaya çıxır, lakin bu istiqamətdə bu günə qədər həyata keçirilən siyasətin effektivliyi ciddi şəkildə mübahisə mövzusudur:

 

"Çünki strateji yol xəritələrinin və sosial-iqtisadi inkişaf strategiyasının icrası Azərbaycan iqtisadiyyatının inkişafında, şaxələnməsində, ixrac qabiliyyətinin güclənməsində ciddi təsirlərini müşahidə edə bilmirik. Eyni zamanda Azərbaycan iqtisadiyyatı məhsuldarlıq tələsinə düşübdür. Demək olar ki, məhsuldarlıq faktorları aspektindən son 10 ildə hər hansı bir nəticə əldə olunmayıbdır. Post-neft dövründə büdcə gəlirlərinin stabil saxlanılması bu istiqamətdə yeni gəlir istiqamətləri, kateqoriyaları yaratmaq doğru yanaşma deyil. Yəni vergini, rüsumu artırmaqla bu istiqamətdə əlavə gəlir formalaşdırmaq cəhdi indiki şərtlər daxilində əhalinin və biznesin xərcini artıran istiqamətlərdir. Daha yaxşı olardı ki, ölkənin mövcud olan qeyri-formal iqtisadiyyatının ağardılması, formal iqtisadi münasibətlər sisteminin formalaşdırılması istiqamətində addımlar atılsın. Düşünürəm ki, bu sahədə kifayət qədər potensial var, əgər qeyri-formal iqtisadiyyatı ağardılarsa, bu dövlət büdcəsinin gəlirlərini əhəmiyyətli səviyyədə artırılması üçün imkanlar formalaşdıra bilər. Hökümət daha çox bu istiqamətə yönəlməlidir, eyni zamanda iqtisadiyyatın inkişafı vergi bazasının genişləndirilməsi də bu konteksdə mühüm istiqamətlərdən biridir. Qeyri-neft ixracının artırılması məsələsi Azərbaycan iqtisadiyyatında həm üfüqi, həm də şaquli şaxələndirmə mühüm priotetlər olaraq gözdən keçirilməlidir. Üfüqi şaxələndirmə məhz iqtisadiyyatın rəqabətli olan sahələrində o cümlədən kənd təsərrüfatı, yüngül sənaye, kimya sənayesi həmçinin xidmətlər sahəsində nəqliyyat logistika xidmətləri, turizm xidmətlərinin ixracı məsələləri mühüm istiqamətlər olaraq müəyyən olunmalıdır. Bu istiqamətlərdə rəqabət qabiliyyətini artırmaq məqsədilə xarici investorların prosesdə aktiv iştirakı təmin olumalı, xarici investorlar yalnız vəsaiti gətirən tərəf kimi nəzərdən keçirilməməli bu təcrübənin ölkəyə gətirilməsi, həmçinin xarici bazarlarla mövcud əlaqələr potensialını Azərbaycanın səmərəli istifadəsinə imkan yaradır. Eyni zamanda şaquli istiqamətdə neft hasilatı üzrə qurulmuş və ondan hazırlanan son istehlak məhsullarının genişləndirilməsi, çeşidlərinin artılırması bu istiqamətdə sənaye müəssisələrinin formalaşdırılması və bu məhsulların ixracında ön plana çıxmalıdır. Yaşıl enerji lahiyələri indiki standartlar daxilində cəlbedici görünür ,lakin Azərbaycanın bu istiqamətdə resursları məhduddur. Bu resursların ixracından əldə olunan gəlirlər Yaşıl enerji ixracı sahəsində indiki şərtlər daxilində əldə olunacaq nəticələrlə konpensasiya olunacaq səviyyədə deyil. Düzdür, bu istiqamətdə inkişaf təbii ki, əhəmiyyətlidir. Çünki Azərbaycan höküməti enerji məsələlərinə yalnız iqtisadi-sosial eyni zamanda siyasi əlaqələr kimi baxır buna görə də müvafiq istiqamətlərdə inkişafın əldə olunması və bu istiqamətdə effektiv siyasətin həyata keçirilməsi ehtimalı yüksəkdir. Bununla belə düşünümürəm ki, bu qədər sürətlə yəni süni intellektin mövcud olduğu dijitallaşan iqtisadiyyatda artan enerji təlabatını qarşılayaraq böyük ixrac potensialı formalaşdırsın. Bu istiqamətdə böyük gözləntilər sadəlövhlük olardı. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı bütövlükdə konyunktur fonunda bir neçə məsələyə önəm verməlidir. Azərbaycan iqtisadiyyatı liberallaşmalıdır, qlobal iqtisadiyyat və inteqrasiya səviyyəsi güclənməlidir. Xarici iqtisadiyyat, bloklarla əməkdaşlıq dərinləşməlidir, təmsilçilik güclənməlidir. Eyni zamanda təşviq edici investisiya cəmiyyəti kimi xarakterizə edən stimulların Azərbaycanda tətbiq edilməsi yolu ilə ölkə xarici investesiyaya tam açılması ilə bağlı qərarlar qəbul edilməlidir. Biznesə müdaxilə birmənalı şəkildə aradan qaldırılmalıdır. Yerli özünü idarəetmə instutu güclənməlidir. İcra hakimiyyəti instutu ləğv olunmalıdır. Biznes və idarəetmə arasında əlaqə kəsilməlidir. Dövlətin iqtasidiyyatda iştirakı məhdudlaşdırılmalıdır. Dövlət iqtisadiyyatda yalnız tənzimləyəci və idarəedici instut kimi fəaliyyət göstərməlidir. İnhisarçılıqla mübarizə tədbirləri öz növbəsində güclənməli, məmur fəalliyəti ilə biznes tamamilə əlaqəni kəsməlidir. Fundamental islahatların həyata keçirilməsi yolu ilə nəticələrin əldə edilməsi mümkündür. Dekorativ xarakterli addımlar düşünmürəm ki, formalaşmış konyunkturda Azərbaycan iqtisadiyyatını rəqabətli etsin. Regional mübahisələr buja əsas verir ki, biz ciddi şəkildə bu istiqamətdə mövqeyimizi və statusumuzu itiririk. Ermənistan iqtisadiyyatı son 10 ildə orta hesabla 9% ,Gürcüstan iqtisadiyyatı 11% böyüdüyü halda Azərbaycan iqtisadiyyatı 2-2,5% aralığında böyüyüb bu özü ciddi bir mesajdır. Eyni zamanda, resurs üzərində qurulmuş iqtisadiyyat artıq sona çatır".

 

Ədilə Hüseynzadə 

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər