00:00:00
Yazar
Admin User
07.06.2015 14:33 582 1 dəq oxuma
Siyasət

Prezident “Bakı-2015″-in məşəlini qəbul etdi

İlham Əliyev Dənizkənarı Milli Parkdakı “Sadko” limanında məşəli qəbul edib
Prezident “Bakı-2015″-in məşəlini qəbul etdi

Avropa idman tarixində yeni səhifə açacaq “Bakı-2015”in başlamasına sayılı günlər qalır. Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın 60 rayonunu gəzib.

Avropa Oyunlarının yoluna işıq saçan məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib.

Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri elektromobillə “Sadko” limanına gəliblər.

Məşəli Neft Daşlarından Bakıya gətirən kater limana yan alıb.

Azərbaycan Prezidenti İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib.

Azərbaycan Prezidenti birinci Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim edib.

Bununla da birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti başlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər