Prezident İlham Əliyev İsrailin XİN başçısını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da İsrailin xarici işlər naziri Gideon Saarı qəbul edib. Davosda Azərbaycan və İsrail Prezidentlərinin görüşü məmnunluqla xatırlanıb, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirilib.
Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail-Azərbyacan münasibətləri hər iki ölkənin strateji maraqları kontekstində daha da inkişaf etməkdə və dərinləşməkdədir:
“Bu məsələni zəruri edən bir çox məsələlər var. Hər iki ölkənin regionda sabitləşdirici funksiya yerinə yetirməsi, yəni beynalxalq münasibətlər silsiləsində dəstək siyasətinin həyata keçirilməsi və hər iki ölkənin inkişafı üçün mövzunun geniş prespektivlərinin olmasıdır. İsrailin Xarici İşlər nazirinin Azərbaycana səfəri zamanı Prezidentin qəbul etməsi, Ceyhun Bayramovun onunla görüşlər keçirməsi və əməkdaşlığın zəruriləşdirilməsi üçün yeni imkanların nəzərdən keçirilməsi ilə bağlı digər dövlət rəsmiləri və iş adamları ilə görüşlərin keçirilməsi bu münasibətlərin daha dərin prespektivliyindən xəbər verir. Hazırda İsrail və Azərbaycan arasında əməkdaşlıq yeni sektorlarda, iqtisadiyyatın yeni sahələrində prespektiv imkanlarını görür. Bu görüşdə toxunulan ən mühüm məsələlərdən biri su ehtiyatlarının idarə olunması və həmin suyun təmizlənərək kənd təsərüfatında işlədilməsi məsələsi oldu. Müvafiq sahələrin idarə olunması üçün İsrail ən müasir texnologiyalara sahibdir və bunun Azərbaycana tətbiqi də su qıtlığı yaşayan Azərbaycan üçün su ehtiyatlarının idarə olunmasında səmərəli bir model yarada bilər. Biz bilirik ki, İsrail Ağ dəniz hövzəsində karbonhidrogen ehtiyyatlarının istismarı barədə, müvafiq ehtiyyatların iqtisadiyyata təzahür olunması məsələsində Azərbaycan ilə əməkdaşlıq edir. Azərbaycan bu prosesdə İsrail ilə ortaq lahiyələr həyata keçirir. İsrail ilə Azərbaycan arasında münasibətləri zəruri edən başqa bir istiqamət isə müasir inovativ sənaye istiqamətləridir. Ümumi şəkildə nəzərdən keçirsək görəcəyik ki, bu münasibətlər gələcəkdə şərqdə oynuya biləcəyi rolu daha da dərinləşdirir. Azərbaycanın dünya siyasətində öz təhlükəsizlik maraqlarını qoruması üçün yeni imkanlar yaradır. Bu çox strateji məqsəddir. İsrail-Azərbaycan münasibətləri qarşılıqlı etimada, dostluğa və tarixi köklərə söykənir. Biz 44 günlük müharibədə İsrailin dostyana davranışını və Azərbaycanın təhlükəsizliyi ilə bağlı necə mövqe nümayiş etdiyini gördük. Azərbaycanın ictimai rəyində dost kimi görünən ölkələr Azərbaycana qarşı düşmən möqeyində Ermənistandan müharibəyə qoşulmuşdular. Buna görə də ictimai münasibətlər, mədəni münasibətlər zəminində İsrail-Azərbaycan münasibətlərinin inkişafı üçün dərin sosial baza var. Əlbəttə ki, münasibətlərimizin inkişafı üçün ictimai dəstəyi, ümumxalq dəstəyini formalaşdıran əsas məsələlərdən biridir. Nəhayət, İsrail-Azərbaycan yeni dünya nizamına doğru mürəkkəb tarixi proseslərin baş verdiyi tarixi mərhələdə ortaq mövqedə və ortaq maraqlardan çıxış etməklə strateji məqsədlər təyin edir. Bu isə həm İsrailin, həm də Azərbaycanın dövlət və millət baxımından xüsusi əhəmiyyət daşıyır”.
Selcan Xudiyeva
