Prezident Kabinetinin iclası gərgin gündəmdədir
Nazirlər Kabinetinin builki dördüncü iclası Prezident Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək. Əsas gündəm maddəsi “Terrorsuz Türkiyə” prosesində əldə edilən son mərhələ olacaq. Parlamentdə tarixi komissiyanın hazırladığı hesabat müzakirəyə çıxarılacaq. İclasda regional və qlobal hadisələrlə yanaşı, ABŞ və İran arasında artan gərginlik də dəyərləndiriləcək.
Prezident kabineti üç həftəlik fasilədən sonra gərgin gündəmlə toplanacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantının əsas gündəliyi terrorsuz Türkiyə hədəfidir. Terrorsuz Türkiyəyə nail olmaq yolunda daha bir mühüm mərhələ keçilib.
TRT XƏBƏR
Selcan Xudiyeva
