00:00:00
Yazar
Admin User
03.06.2015 06:29 631 1 dəq oxuma
Siyasət

Putin Avropa Oyunlarına görə Rusiya telekanallarını sərt tənqid etdi

"Bu necə baş verə bilər?"
Putin Avropa Oyunlarına görə Rusiya telekanallarını sərt tənqid etdi

“Bu necə baş verə bilərdi?”.

Rusiya prezidenti Vladimir Putin 12-28 iyun tarixində Bakıda keçiriləcək I Avropa Oyunlarını yayımlamaqdan imtina etdiyinə görə Rusiyanın idman kanallarını tənqid edib. 

“Bu necə baş verə bilərdi? İndi Rusiyanın Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov mənə qeyd göndərdi ki, I Avropa Oyunları dünya idmanında hadisədir. Bunu KİV-də işıqlandırmağı heç kəs arzu etmədi. Heç bir kanalımız?

Mən anlayıram, bugünkü büdcə ilə bağlı məhdudiyyətlər var... Lakin əsas məsələlər var ki, bu, dünya idmanında birinci Avropa olimpiya oyunlarıdır. Belə nəticəyə gəlmək olur ki, bu gün yüksək nailiyyətlər idmanının təşkili və informasiya təminatı sistemi çox güman ki, mükəmməl deyil”, - Putin deyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər