00:00:00
Yazar
Admin User
03.03.2016 09:47 685 1 dəq oxuma
Dünya

Putini 74 faiz rusiyalı dəstəkləyir

Rusiyada prezident seçkiləri keçirilərsə Vladimir Putinin namizədliyini 74 % ölkə vətəndaşı dəstəkləyəcək.
Putini 74 faiz rusiyalı dəstəkləyir

Rusiyada prezident seçkiləri keçirilərsə Vladimir Putinin namizədliyini 74 % ölkə vətəndaşı dəstəkləyəcək.

İnformator.az Trend-ə istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib. Bu rəqəm son 4 il ərzində keçirilən sorğu nəticələrinin maksimal göstəricisi sayılır.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin apardığı yeni sorğunun nəticələrinə görə, V.Putin seçki qabağı vədlərinin bir çoxunu yernə yetirməsə də, 74 % rusiyalı onu dəstəkləməyə hazırdır.

Eyni zamanda, 15 % əhali indiki Rusiya prezidentinə öz səslərini verməyəcək, 11 % isə - bu suala cavab verməyə hazır deyil.

V.Putinə dəstək sosial-demoqrafik qrupların bütün təbəqələrində müşahidə olunur. Onu dəstəkləməyə 71 % kişi (öncə 46 %), 78 % gənc insan (öncə 53 %), 80 % maddi cəhətdən yaxşı təmin olunmuş təbəqə (öncə 54 %) hazırdır.

Yanvarın 23-24-də keçirilən sorğuda Rusiyanın 130 məntəqəsindən 1,6 min insan iştirak edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər