00:00:00
Yazar
Nigar Həsənzadə
13.07.2026 22:44 29 1 dəq oxuma
Hadisə

Qəbul imtahanına buraxılmayan gənc itkin düşüb

Qəbul imtahanına buraxılmayan gənc itkin düşüb

 

Xaçmaz rayonunun Həsənqala kənd sakini, bu il orta məktəbi bitirən Polad Rasim oğlu Poladov ötən gündən itkin düşüb.

 

"İnformator.az" "Bizim.media"ya istinadla xəbər verir ki, bu barədə gəncin yaxınları məlumatında bildirib.

 

Məlumata görə, Polad iyulun 12-də Xaçmaz şəhərində I qrup üzrə qəbul imtahanında iştirak etmək istəyib.

 

Lakin imtahan zalına daxil olarkən üzərində mobil telefon olduğu üçün qaydalara əsasən imtahana buraxılmayıb.

 

Yaxınlarının sözlərinə görə, ailəsinin ondan yüksək nəticə gözləməsi səbəbindən bu hadisə Poladda ciddi psixoloji gərginlik yaradıb. Bundan sonra onun naməlum istiqamətdə uzaqlaşdığı bildirilir.

 

Polad Poladov bu gün Xaçmaz Rayon Polis Şöbəsində rəsmi olaraq itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

#itkin #azərbaycan #xəbər #buraxılmayan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər