Qadın işlədiyi salonda qəfil ölüb
Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.
“İnformator.az” xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.
Belə ki, rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova çalışdığı gözəllik salonunda qəfil dünyasını dəyişib.
