Qadın qeyri-rəsmi nikahda yaşadığı kişini qətlə yetirib
Bakıxanov qəsəbəsində yaşayan Sabir Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən Yelena Maxrova tutulub.
Bakıxanov qəsəbəsində yaşayan Sabir Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən Yelena Maxrova tutulub.
Daxili İşlər Nazirliyindən İnformatora verilən məlumata görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan əvvəllər məhkum olunmuş Sabir Qurbanovun bıçaqla qətlə yetirilmiş meyiti mənzilində tapılıb.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş onunla qeyri-rəsmi nikah münasibətlərində olan Bakı şəhər sakini Yelena Maxrova tutulub.
