00:00:00
Yazar
Admin User
25.06.2025 09:16 176 1 dəq oxuma
Hadisə

Qadına qarşı qeyri-etik hərəkət edən sürücü saxlanılıb

Qadına qarşı qeyri-etik hərəkət edən sürücü saxlanılıb

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur.

"İnformator.az" xəbər verir ki, polis əməkdaşları tərəfindən Binəqədi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı 99 UX 472 dövlət qeydiyyat nişanlı "Opel Astra" markalı avtomobilin sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər