Qahirədə anidən iki mağaza çöküb
Misirin paytaxtı Qahirədə qəfildən iki mağaza çöküb.
"İnformator.az"xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda obyektin tədricən yerin altına doğru çökdüyü görülür.
Bir neçə dəqiqə sonra hadisə yerində diametri təxminən 15 metr olan dərin çuxur yaranıb və mağazalar həmin çuxura çöküb. Ehtimal olunan səbəb kimi yaxınlıqda aparılan tikinti işləri göstərilib.
Yerli polisin məlumatına görə, mağazalarda olan iki müştərini xilas etmək mümkün olub, onlar yüngül xəsarətlər alıblar.
