Qalatasaray - Gaziantep FK matçının nəticəsi: 2-1
Trendyol Super Liqasının 23-cü həftəsində "Qalatasaray" və "Qaziantep FK" komandaları üz-üzə gəlib. “Sarı-qırmızılar” dirəkləri üstələyən qarşılaşmada çətin olsa da, 3 xalı qazanıb. Cim Bom-a qələbə qazandıran qolları Vilfrid Zaha və Barış Alper Yılmaz vurub.
Okan Burukun yetirmələri gərgin mübarizədən çətin də olsa, 3 xalı qazana bilib. 5 dəfə dirəyə ilişən "Qalatasaray" 89-cu dəqiqədə Barış Alper Yılmazın qolu ilə qalib gəlib. Arda Kızıldağ 29-cu dəqiqədə “qırmızı-qaralar”ın qapısını silkələyib, Zahanın 71-ci dəqiqədə vurduğu qol isə qələbəni alovlandırıb.
Bu hesabla "Qalatasaray" çempionluq yolunu itkisiz davam etdirib. "Fənərbaxça"nın qalib gəldiyi həftədə heç bir səhv etməyən sarı-qırmızılı komanda xallarını 60-a yüksəldib və zirvənin arxasınca davam edib. Qaziantep FK 23 xalda qaldı.
Zəhra Həsənova
