00:00:00
Yazar
Admin User
18.01.2024 10:31 399 1 dəq oxuma
İdman

"Qalatasaray"ın keçmiş basketbolçusu vəfat edib

"Qalatasaray"ın keçmiş basketbolçusu vəfat edib

"Qalatasaray"ın keçmiş basketbolçusu Deyan Miloyeviç dünyasını dəyişib

 

2008-2009-cu il mövsümündə "Qalatasaray"da çıxış edən serbiyalı keçmiş basketbolçu Deyan Miloyeviç 47 yaşında ürək tutmasından dünyasını dəyişib.

2021-ci ildən “Qolden Steyt Uorriors”da baş məşqçi köməkçisi işləyən 1977-ci il təvəllüdlü keçmiş basketbolçu Miloyeviç restoranda yemək yeyərkən pisləşib və xəstəxanaya yerləşdirilib.

 

İnfarkt keçirən Milojeviçi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

 

Golden State Warriors-un sosial media hesabında edilən paylaşımda "Bu, bizim üçün inanılmaz dərəcədə çətin bir zamandır", -deyə qeyd edilib.

"Qalatasaray"ın sosial media hesabındakı paylaşımda bu sözlərlə paylaşım edilib.

 

"2008-2009 mövsümündə "Qalatasaray"da çıxış edən və NBA komandası Golden State Warriors-un köməkçi məşqçilərindən biri olan keçmiş oyunçumuz Dejan Miloyeviçin infarkt nəticəsində dünyasını dəyişdiyini kədərlə öyrəndik. Ailəsinə və bütün basketbol ictimaiyyətinə başsağlığı veririk"

 

Mənbə: TRT Haber
Tərcümə edən: Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər