Qar uçqunu nəticəsində 9 xizəkçi itkin düşüb
Hadisə çərşənbə axşamı Lake Tahoe bölgəsində, Castle Peak ərazisində, Truckee şəhəri yaxınlığında baş verib. Nevada County Sheriff’s Office bildirib ki, ümumilikdə 15 nəfərlik qrup (4 bələdçi, 11 müştəri) uçquna düşüb. Onlardan 6 nəfər xilas edilib, 2-si xəstəxanaya aparılıb.
Axtarış-xilasetmə əməliyyatına 40-dan çox xilasedici cəlb olunub. Əraziyə Boreal Mountain Ski Resort və Alder Creek Adventure Center mütəxəssisləri də qoşulub.
Sierra Avalanche Center bölgədə uçqun təhlükəsinin yüksək (4/5 səviyyə) olduğunu açıqlayıb və yaxın 24 saatda yeni iri uçqunların mümkünlüyü barədə xəbərdarlıq edib.
Güclü qar, külək və görünüş məsafəsinin aşağı olması səbəbindən xilasetmə işləri çətin şəraitdə davam edir. Gavin Newsom rəhbərliyində ştat qurumları yerli xidmətlərlə birgə genişmiqyaslı axtarış əməliyyatı aparır.
BBC
Reyhan Quliyeva
