"Qarabağ’’ ı çətin qarşılaşma gözləyir.
Bu gün Uefa Avropa liqasının püşkatma mərasimi baş tutub.
Püşkatmanın nəticəsində məlum olub ki, təmsilçimiz ‘’Qarabağ’’ Uefa Avropa liqasının pleyf-off mərhələsində Portuqaliyanın ‘’Braqa’’ klubu ilə qarşılaşacaq.
Bu haqda futbol eksperti Ceyhun Sultanov informator.az-a açıqlama verib.
Ekspertin sözlərinə görə, "Qarabağ" ın rəqibi ağır rəqibdir.
" Burada heç bir zəif komanda yoxdur. Məncə bütün komandalar səviyyə baxımından yüksəkdir.
‘’Qarabağ’’ üçün çətin qarşılaşma olacaq. Lakin bizim ‘’Qarabağ’’ dan gözləntilərimiz hər zaman yüksək olub. ‘’Qarabağ’’ a uğurlar arzu edirəm, ümid edirəm ki, növbəti mərhələyə vəsiqə qazanacaq. Qarabağ çətinliklərin öhdəsindən gələ biləcək komandadır" .
Qeyd edək ki, ‘’Qarabağ’’ ‘’Braqa’’ ilə ilk matçını fevralın 15-də səfərdə keçirəcək.
Cavab qarşılaşması isə 22 fevralda Bakıda olacaq.
Ayaz Zeynalzadə
