00:00:00
Yazar
Admin User
04.12.2023 17:03 435 1 dəq oxuma
İdman

"Qarabağ"ın Xankəndidəki oyununa azarkeşlər aparılıcaq

"Qarabağ"ın Xankəndidəki oyununa azarkeşlər aparılıcaq

"Qarabağ"ın dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsində MOİK-lə Xankəndi şəhərində keçirəcəyi görüşü ilə bağlı bəzi yeniliklər məlum olub.

 

İnformator.az xəbər verir ki, bu görüşdə azarkeşlərin iştirakı sual altında idi.

 

Artıq bu məsələyə də aydınlıq gəlib. Xankəndi şəhər stadionunda azarkeşlər də öz yerini tutacaqlar.

 

Bu matça azarkeşlərin aparılmasına da qərar verilib. Amma hələlik azarkeşlərin tam sayı konkretləşməyib. Oyuna nə qədər biletin satışa çıxarılacağı və bunun necə həyata keçiriləcəyi tam dəqiqləşməyib.

 

"Qarabağ" - MOİK qarşılaşmasına bilet satışının yaxın vaxtlarda elan oluna biləcəyi gözlənilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər