00:00:00
Yazar
Admin User
05.10.2023 16:16 523 2 dəq oxuma
İdman

Qarabağ qalib gəlməklə qrupdan çıxmaq şansını daha da yüksəldəcək

Qarabağ qalib gəlməklə qrupdan çıxmaq şansını daha da yüksəldəcək

“Hakken” klubunun baş məşqçisi Per-Matias Höqme “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunu barədə danışarkən deyib.
Mətbuat konfransında fikirlərini bildirən 63 yaşlı mütəxəssis Azərbaycan çempionunun güclü olduğunu söyləyib: “Qarabağ” öz meydanında “Molde”ni çox yaxşı oyunla məğlub etdi. Biz isə doğma arenamızda ilk matçımıza çıxacağıq. Rəqib uzun illərdir avrokuboklarda sabit çıxış edir. Buna baxmayaraq, özümüzü görüşə tam hazır sayırıq. Maraqlı mübarizə olacaq”.
Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Məsələ ilə bağlı futbol şərhçisi Ramiz Mirzəzadə İnformator.az-a açıqlamasında deyib ki, rəqib komandanın baş məşqçisinin fikirlərinə gəlincə, düşünürəm ki Qarabağın avrokuboklarda çox təcrübəli olması istənilən rəqibi xeyli düşündürür.
Onun sözlərinə görə, Milli Komandamız artıq rəqiblər üçün güclü və çətin hesab olunur.
“Bu, bizim üçün sevindiricidir. Artıq əvvəllər biz kimlərinsə bizə rəqib olmamasını arzulayırdıqsa, indi artıq Qarabağ rəqibləri tərəfindən belə qəbul olunur. Rəqib üçün qrup mərhələsi baxımından çox həlledici görüşdür. İlk turda uduzublar. Evdə ilk oyundur. Məhz bu səbəbdən qrupdan çıxmaq üçün mübarizənin içində qalmaq üçün onlar qələbə qazanmağı arzulayır və bunun üçün vuruşacaqlar. Təxminən 15 dərəcə fərq var Bakı ilə. Bu da bizim əleyhimizə, onların lehinə olan amildir.
Amma bütün bunlara baxmayaraq Qarabağın səfərdə ən azı məğlub olmayacağını düşünürəm. Qələbə isə əsl bayram ab-havası yaradacaq”.

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə düşünür ki, həm heyət baxımdan, həm də təcrübə baxımdan Qarabağın böyük Avropa təcrübəsu var.
“10 ildir qrup mərhələsində oynayır, eyni zamanda Qarabağ yaxşı oyun formasındadır. Düşünürəm ki, Qarabağ qalib gəlməklə qrupdan çıxmaq şansını daha da yüksəldəcək”.

Çimnaz Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər