Qaradağda tikili, Sabunçuda ev, Balakəndə Təhsil Nazirliyinə məxsus mərkəz yanıb
Bakı şəhəri, Qaradağ rayonunda hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 450 kv.m olan birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Tikilininin qalan hissəsi yanğından mühafizə olunub.
Bakı şəhəri, Sabunçu rayonunda vətandaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Balakən şəhərində Təhsil Nazirliyinin balansında olan ümumi sahəsi 600 kv.m birmərtəbəli Uşaq Texniki Yaradıcılıq Mərkəzinin “Qızıl Aypara Cəmiyyəti” tərəfindən icarəyə götürülmüş 1 otağının yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 16 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
