Qasırğa 29 nəfərin həyatına son qoydu
Bu adada 4 min 500 nəfər yaşayır
Yerin cənub yarımkürəsində indiyədək qeydə alınmış ən güclü qasırğa ötən həftəsonu Ficidə azı 29 nəfərin həyatına son qoyub.
Uinston qasırğasının ən böyük zərbəsi Ficinin Koro adasına dəyib. Bu adada 4 min 500 nəfər yaşayır. Qasırğa adadakı, az qala, bütün binaları yerlə yeksan edib.
\"Bütün kəndlər dağılıb, evlərə, məhsula ziyan dəyib, hazırda 8 mindən artıq insan 70 evakuasiya mərkəzinə sığınıb\", - BMT-nin baş katibinin köməkçisi Stefen O\'Brayan deyib.
900 min əhalisi olan Ficinin 100-dən çox adasında yaşayış var.
Baş nazir Voreqe Bainimarama qasırğanı \"Ficiyə hücum\" adlandırıb.
