Qax rayonunda avtomobil yanıb
\"Mercedes\" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Qax rayonu, Meşəbaş kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus \"Mercedes\" markalı minik avtomobilinin yanar hissələri yanıb.
İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 08:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
