00:00:00
Yazar
Admin User
06.12.2025 09:09 87 1 dəq oxuma
Hadisə

Qax sakini ehtiyatsızlıqdan özünü güllələyib

Qax sakini ehtiyatsızlıqdan özünü güllələyib

Qax rayonunda qoyun otaran kişi özünü güllələyib.

 

“İnformator.az” məlumatına görə, hadisə rayonun Baydarlı kəndi ərazisində baş verib.

 

Kənd sakini, 46 yaşlı Rasim Məmmədov kənd ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

 

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər