00:00:00
Yazar
Admin User
04.02.2016 06:24 766 1 dəq oxuma
Hadisə

Qayınatası və qayınanasını öldürən məhbus intihar etdi

Qobustan həbsxanasında ömürlük məhbus intihar edib.
Qayınatası və qayınanasını öldürən məhbus intihar etdi

Qobustan həbsxanasında ömürlük məhbus intihar edib.

İnformator.az-ın verdiyi xəbərə görə, Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildrilir ki, 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən 1975-ci il təvəllüdlü İbrahimov Sübhay Əşrəf oğlu həbsxanada özünü mələfə ilə asıb.

Faktla bağlı Qardağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, Ş İbrahimov 2014-cü ildə Goranboyda qayınatası və qayınanasını xüsusi amansızlıqla qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilmişdi.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər