Qaynaq edən kişi bir hektar əkin sahəsini məhv edib
Avqustun 22-də Qazax rayon Ağköynək kəndi ərazisində yanğın hadisəsi törədən şəxsi polis əməkdaşları müəyyən edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan "İnformator.az"a bildirilib ki, araşdırmalarla yanğının 1990-cı il təvəllüdlü Elnur Məmmədovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Nəticədə bir hektar biçilmiş əkin sahəsi yanıb. E.Məmmədov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
