00:00:00
Yazar
Aydan Əsgərxanlı
05.07.2026 21:46 27 1 dəq oxuma
Hadisə

Qazaxda 8 hektar taxıl sahəsi yanıb

Qazaxda 8 hektar taxıl sahəsi yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Aslanlı kəndində taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqda yerləşən fermaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində 1 ha sahədə biçilməmiş, 7 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Biçilməmiş taxıl sahələri, o cümlədən yaxınlıqda yerləşən ferma yanğından mühafizə olunub.

 

#xəbər #sahəsi #baki #gündəm #taxıl
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər