00:00:00
Yazar
Admin User
17.11.2025 09:13 115 1 dəq oxuma
Hadisə

Qazaxda mina partlayışı

Qazaxda mina partlayışı

Qazax rayonunda mina hadisəsi baş verib

 

“İnformator.az” Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə istinadən məlumat verir ki, Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində 2025-ci il 17 noyabr tarixində mina hadisəsi baș verib.

 

Agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

 

İmamverdiyev Samir rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər