00:00:00
Yazar
Hüseynova Mələk
28.09.2026 12:37 131 1 dəq oxuma
Dünya

Qazaxıstan Ukraynaya xəbərdarlıq edib

Qazaxıstan Ukraynaya xəbərdarlıq edib

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Ukraynanı Qara dənizdə ölkəsinin gəmilərinə hücumları dayandırmağa çağırıb.

 

“İnformator.az” xəbər verir ki, Tleuberdi bu barədə BMT Baş Assambleyasının iclası çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşündə deyib.

 

“Əlbəttə ki, ikitərəfli görüşlər çərçivəsində bir çox ölkələrin nazirləri ilə görüşdüm. Onların arasında Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Andrey Sibiqa da var idi. Davam edən münaqişə kontekstində onlarla münasibətlərimizi müzakirə etdik. İlk növbədə, Ukrayna tərəfi ilə Qara dənizdə gəmilərimizə gələcəkdə dron hücumlarının qarşısının alınmasının vacibliyini müzakirə etdik”, - o bildirib.

#Qazaxıstan #Ukrayna #xəbərdarlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər