Qəbələdə tövlə yanıb
36 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağa yığılmış 2,4 ton ot bağlaması yanıb.
Qəbələ rayonu, Mıxlıqovaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağa yığılmış 2,4 ton ot bağlaması yanıb.
İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı müxtəlif növ meyvə ağacları yanğından mühafizə olunub.
Yanğın saat 09:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
