00:00:00
Yazar
Admin User
31.03.2015 05:51 364 1 dəq oxuma
Sosial

QHT-lərə xəbərdarlıq edilib

Azərbaycan Respublikası Maliyyə Nazirliyi (MN) ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib.
QHT-lərə xəbərdarlıq edilib

Azərbaycan Respublikası Maliyyə Nazirliyi (MN) ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən İnformatora verilən məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq MN-ə təqdim etməlidirlər.


“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt MN-nin internet səhifəsində yerləşdirilib.


Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatları 30 gün müddətində MN-ə təqdim edilməlidir.


Maliyyə hesabatlarının təqdim edilməməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər