00:00:00
Yazar
Admin User
26.01.2026 12:25 67 1 dəq oxuma
Siyasət

Qırğızıstanda Azərbaycanla əlaqələrin gücləndirilməsi müzakirə edilib

Qırğızıstanda Azərbaycanla əlaqələrin gücləndirilməsi müzakirə edilib

Qırğızıstanın Joqorku Keneşdə (parlament) Azərbaycan və Gürcüstanla siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə həsr olunmuş dinləmələr keçirilib.

 

"İnformator.az" Qırğızıstan parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qırğızıstanın Azərbaycan və Gürcüstandakı səfiri Maksat Mamıtkanov məruzə ilə çıxış edib.

 

Məlumata görə, müzakirələr zamanı komitə üzvləri bir sıra məsələlərə, xüsusilə Azərbaycan və Gürcüstanla siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə diqqət yetiriblər. İclas zamanı 2025-ci ildə Qırğızıstanın Azərbaycanla ticarət dövriyyəsinin 10 milyon dollar təşkil etdiyi qeyd edilib və Azərbaycan-Qırğızıstan inkişaf fondunun fəaliyyətinin aktivləşməsinin zəruriliyi vurğulanıb. Həmçinin, iclas iştirakçıları mədəni-humanitar əməkdaşlığın inkişafını müzakirə edib, bunun dövlətlərarası əlaqələrin və xalq diplomatiyasının gücləndirilməsi üçün əhəmiyyətini qeyd ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər