00:00:00
Yazar
Admin User
25.12.2025 19:59 92 1 dəq oxuma
Dünya

Qonşu ölkədə benzin bahalaşıb

Qonşu ölkədə benzin bahalaşıb

İranda satışına başladılan yüksək keyfiyyətli benzinin litri 800 min rial, təxminən bir manata qaldırılıb.

 

"İnformator.az" "Publika.az"a istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad məlumat verib.

 

Belə ki, dekabrın 25-də yüksək keyfiyyətli benzinin satışı ilə bağlı pilot layihəyə start verilib. Lakin qiymət artımı birmənalı qarşılanmayıb.

 

M.Paknejad bildirib ki, pilot layihə istehlakçı tələbatını və qiymət artımını sınaqdan keçirmək üçün hazırlanıb.

 

"Azı 17 şirkət artıq bu benzini idxal etmək üçün icazə alıb, lakin onların bazara daxil olması pilot mərhələnin nəticəsindən və istehlakçıların son qiymətə reaksiyasından asılı olacaq", - nazir qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər