00:00:00
Yazar
Admin User
22.09.2025 10:30 128 1 dəq oxuma
Hadisə

Qonşumuzda dollar tarixi rekordu yenilənib

Qonşumuzda dollar tarixi rekordu yenilənib

İranın azad bazarında dolların məzənnəsi 106 min tümən həddini keçərək, əvvəlki rekordu yeniləyib.

 

"İnformator.az" xəbər verir ki, bu haqda Tehran azad bazarındakı mənbələr məlumat yayıb.

 

Məlumata görə, sentyabrın 20-dən bu yana dolların qiyməti 3000 tüməndən çox artaraq, sentyabrın 22-i səhər saatlarında 106.260 tümənə çatıb.


Bildirilib ki, dolların bahalaşması tətik mexanizminin işə düşməsi və BMT-nin Tehrana qarşı sanksiyalarının geri qayıtması ehtimalının artması ilə bağlıdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər