Qoz ağacından yıxılan kişi ölüb
Qaxda qoz ağacından yıxılan kişi ölüb.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində baş verib.
Belə ki, Bakı şəhər sakini Nizami Şəkərəliyev kənd ərazisində qoz çırpmaq istəyərkən ağacdan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
