Qubada avtomobil yanıb
Quba rayonu, Bağbanlı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus “Opel” markalı minik avtomobilinin mühərriki və salonu yanıb.
Quba rayonu, Bağbanlı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus “Opel” markalı minik avtomobilinin mühərriki və salonu yanıb.
Fövqəladə Hallar Nazirlliyindən İnformator-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
