Qubada ev yanıb
Xucbala kəndində yanğın hadisəsi baş verib.
Xucbala kəndində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən İnformatora verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli mansard tipli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə və mansardın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
