Quş oğrusu tutulub
30 göyərçin oğurlamış Biləsuvar rayon sakini Vüsal Heydərli tutulub.
30 göyərçin oğurlamış Biləsuvar rayon sakini Vüsal Heydərli tutulub.
İnformator xəbər verir ki, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da rayon sakini Arzuman Bayramzadəyə məxsus yardımçı təsərrüfatdan 30 göyərçin oğurlamış həmyerlisi Vüsal Heydərli tutulub.
Fakt ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 30-da Ruqiyyə Məmmədovanın həyətindən 17 göyərçin oğurlaması da müəyyən edilib.
