Qusarda yük avtomobilinin aşması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb
Noyabrın 3-də saat 12:40-da Quba-Qusar avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə “İnformator.az” a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumatda qeyd olunub ki, 1979-cu il və 1988-ci il təvəllüdlü şəxslərə epidural hematoma, alın sümüklərinin, sol bazu və sağ əlin sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:
“Vəziyyətləri orta-ağır qiymətləndirilən hər iki pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”.
