00:00:00
Yazar
Admin User
02.04.2015 04:46 578 1 dəq oxuma
Hadisə

Quyuya düşən Bakı şəhər sakini xilas olunub

Xətai rayonunda 1 nəfərin quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Quyuya düşən Bakı şəhər sakini xilas olunub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dərinliyi 1,5 metr olan çuxura düşüb və köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı çuxurdan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 02:24-də başa çatıb.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər