Qəza 2 nəfərin həyatına son qoydu
Bakı-Qazax yolunun 130-cu kilometrliyində yol qəzası baş verib.
Bakı-Qazax yolunun 130-cu kilometrliyində yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 130-cu kilometrliyində, Şamaxı rayonu ərazisində vətəndaşa məxsus “LİFAN” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər avtomobildən şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil verib.
