00:00:00
Yazar
Admin User
14.11.2015 06:12 710 1 dəq oxuma
Hadisə

Qəza sürücünün həyatına son qoyub

“VAZ” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Qəza sürücünün həyatına son qoyub

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Qobuqırağı kəndi  ərazisində “VAZ” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

FHN-nin rəsmi saytının yaydığı məlumata görə, qəza nəticəsində, minik avtomobilinin sürücüsü vəfat edib və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildən 1986-cı il təvəllüdlü Əmrəliyev Natiq Əmirəli oğlunun meyitini çıxarıb və aidiyyəti üzrə təhvil verib. 

Əməliyyat saat 21:00-da başa çatıb.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər