00:00:00
Yazar
Admin User
27.12.2023 12:26 616 1 dəq oxuma
İdman

Ramil Şeydayev karyerasını Azərbaycanda davam etdirə bilər

Ramil Şeydayev karyerasını Azərbaycanda davam etdirə bilər

“Futbolumuz” verlişinin jurnalistləri Emin Abbasov və Ceyhun Rzayev qeyd ediblər ki, klubda köklü dəyişikliklər edən “Neftçi” Ramil Şeydayevi transfer etmək niyyətindədir.

 

Flaqmanların yeni baş məşqçisi monteneqrolu Miodraq Bojoviç Taylandın “Buriram Yunayted” klubunda iştirak edən həmyerlimizi transfer etməkdə israrlıdır.

 

“Neftçi”nin keçmiş idman direktoru Ceyhun Sultanov informator.az-a açıqlamasında qeyd edib ki, bu transfer həm “Neftçi”, həm də Ramil üçün uğurlu seçim ola bilər.

 

“Ramil  pul qazanmaq üçün gedib. Orada karyerasında qalxa biləcəyi pik nöqtə yoxdur. Yerli futbolçu balansına görə də Ramili transfer etmək düzgün addım olar.”

 

Qeyd edək ki, Ramil Şeydayevlə Bojoviç bir-birlərinə heç də yad deyillər. Rusiyanın Kazan şəhərinin klubunda bir yerdə işləməkləri bu transferin reallaşmasına təkan verən amillərdəndir.

18 turdan sonra 28 xal yığan “ağ-qaralar” qış təlim-məşq toplanışına 3-cü olaraq yollanıb.

Müzəffər Quluzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər