00:00:00
Yazar
Səadət Əlizadə
09.11.2026 19:01 122 1 dəq oxuma
Gündəm

Ərdoğan: Gələn il Ağdamda məktəbin açılışı olacaq

Ərdoğan: Gələn il Ağdamda məktəbin açılışı olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ağdamda 40 sinif otağından ibarət məktəb tikilir. Məktəbin açılışı gələn il İlham Əliyevlə birlikdə olacaq. O, Qarabağda aparılan bərpa işlərini yüksək qiymətləndirərək, Türkiyənin Azərbaycana dəstəyinin davam edəcəyini vurğulayıb.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamalara və bölgədəki bərpa prosesinə əsasən demək olar ki, sahəsi 14 500 kvadratmetr olan və 40 sinif otağından ibarət bu məktəb bölgəyə qayıdan ailələrin uşaqlarının keyfiyyətli və müasir standartlara cavab verən təhsil almasını təmin edəcək:

 


“Təhsil ocaqlarının yenidən qurulması doğma torpaqlarına qayıdan sakinlər üçün mühüm sosial təminat yaradır və həyatın sürətlə normalhalaşmasına dəstək olur. Türkiyənin bölgədə həyata keçirdiyi infrastruktur, məktəb, eləcə də Cəbrayıldakı Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi və Ağıllı Tingçilik Mərkəzi kimi layihələr qardaşlıq münasibətlərinin və həmrəyliyin əyani göstəricisidir”.

 


Müsahibin sözlərinə görə Türkiyə özünün zəngin mühəndislik, tikinti və kənd təsərrüfatı təcrübəsini Qarabağın yenidən dirçəldilməsi prosesinə ötürür ki, bu da bərpa işlərinin keyfiyyətini və sürətini artıracaq:

 


“Təhsil, ekologiya, kənd təsərrüfatı və infrastruktur sahələrindəki birgə təşəbbüslər iki ölkə arasındakı müttəfiqlik əlaqələrini daha da dərinləşdirəcək. Bu layihələr təkcə iki ölkənin deyil, bütün Cənubi Qafqazın iqtisadi və sosial potensialını gücləndirərək gələcək illərdə yeni strateji addımlar üçün zəmin yaradacaq”.



Aysu Abbasova

#baki #açılışı #gündəm #yeni #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər