Rəsmi Moskva Ermənistana qarşı düşmən mövqeyi tutub
Müəllif: SABİR BABAYEV, İnformator.az
Rusiya hazırda beynəlxalq aləmdən təcrid olunub və blokadadadır. Bu Ermənistan üçün fəlakətlidir. Rusiya durmadan Türkiyə və Azərbaycanla yaxınlaşır. Bu, Ermənistanın suverenliyini və dövlətçiliyini itirməsi deməkdir. Erməni ictimaiyyəti kapitulyasiyanı tamamilə qəbul edərək buna reaksiya verə bilməyib, hətta vermək istəməyib. Əgər Qərb ictimaiyyəti Ermənistanı vassal vəziyyətdən çıxarmağa müvəffəq olmasa, Qarabağı Azərbaycana güzəştə getmək Ermənistanın məhvinin ilk mərhələsi olacaq.
Qarabağ məsələsində Rusiyanın siyasəti müxtəlif mərhələlərdə üslubuna və məzmununa görə olduqca adaptiv olub. Rusiya ABŞ-ın cəhdlərinə zidd qərarlar qəbul etmək prosesində qəti rol oynamaq üçün zaman-zaman təşəbbüs göstərməsinə baxmayaraq, uzun müddət status-kvonun saxlanmasına üstünlük verib. Uzun illər ərzində, xüsusən 1995-2003-cü illərdə Rusiya Qarabağ məsələsinə təkcə Azərbaycana deyil, həm də Ermənistana təzyiq və təsir məqsədi kimi baxırdı. Azərbaycan özünün bəzi mövqelərini nəzərdən keçirsə, Rusiya ona tez-tez öz mövqeyini dəyişməyin mümkünlüyünü başa salmağa çalışacaq. Həmin cəhdlər erməni-rus münasibərlərində əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmayıb, lakin erməni ictimaiyyəti arasında Rusiya siyasətinə qarşı etimadsızlıq yaradıb. Söhbət xüsusilə Azərbaycanı silahla təchiz etməkdən və Ermənistanın müdafiə ehtiyaclarına laqeydlikdən gedir.
Rus-erməni münasibətlərinin inkişafı ilə vəziyyət dəyişilib, Ermənistan Rusiyadan zəruri silahların böyük hissəsini alır. Rusiya Ermənistanda ilk növbədə energetika, nəqliyyat sahələrinə və bank sektoruna xeyli investisiya qoyub. Eyni zamanda 2008-2009-cu illərdə Rusiyanın Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsində fəallaşması yolu ilə mövqe əldə etmək cəhdləri Rusiyanın Ermənistandakı siyasətinə və niyyətlərinə qarşı bir daha etimadsızlığa səbəb olub. Rusiya praktiki olaraq İran-Ermənistan regionlararası qaz kəmərinin, İran-Ermənistan dəmiryolunun, yeni atom elektrik stansiyasının tikintisinin layihələrini dayandırıb, Erəmənistanı təcrid edib və İran-Avropa strategiyasına imkan verməyib. Beləliklə, aydın olub ki, Rusiya Ermənistana qarşı aşkar düşmənçilik siyasətinə başlayıb. Lakin Rusiya Qarabağ mövzusunda narahat olmağa başlayıb, çünki o artıq regionda siyasi alət deyil. Hazırda Rusiya qarşısında Azərbaycanla “yeni”, etibarlı münasibətlər qurmaq məsələsi qoyulub ki, bu da Qarabağ mövzusunun həllini əsas nizamlanma prosesi çərçivəsindən, yəni Minsk qrupu prosesindən kənarda həyata keçirməyə hesablanıb.
Hələ 2008-ci ilin payızında Maydorf razılaşmasını imzalamaq təşəbbüsü irəli sürüldükdə, ABŞ Qarabağ münaqişəsinin nizamlanması məsələsində legitimliyi tanımayan hər hansı “alternativ” həlli qəbul etməyəcəyini başa salmağa çalışıb. Bu, Maydorf təşəbbüsünün pozulması məsələsində müəyyən rol oynayıb, lakin Rusiya 2010-cu ilin başlanğıcında həmin formata qayıtmaq qərarına gəlib. Moskvada çox yaxşı başa düşürlər ki, bütün maraqlı tərəflərin qəbul etdiyi Madrid prinsiplərinə əsaslamış nizamlanma prosesi əslində pozulub. Bu səbəbdən dünyanın güc mərkəzləri gec-tez Qarabağ probleminin həllində format və prinsiplər təklif edəcəklər. Rusiya yeni təşəbbüsləri gözləməyə hazırlaşmır və hesablamaları ilə öz təkliflərini irəli sürməyə çalışır, çünki onun Ermənistanla olduğu kimi, Azərbaycanla da münasibətləri həmin dövlətlərin ABŞ və Qərb ictimaiyyəti ilə münasibətlərindən daha vacib və məzmunludur. Şübhəsiz, Rusiya qəbulolunmaz ərazi güzəştləri təklif etsə, Qarabağ məsələsi gələcəkdə rus-erməni münasibətlərində mürəkkəb vəziyyətə gətirib çıxaracaq.
Hələlik söhbət Azərbaycanla “yeni münasibətlərin” qurulmasından gedir ki, bunlar perspektivin konkret dərk edilməsindən hələ kənardır. 2010-cu ildə Azərbaycan ABŞ və Avropa İttifaqı, habelə Türkiyə ilə münasibətlərdə xeyli problemlərlə qarşılaşdı və 2008-2009-cu illərdə Bakıda Qarabağ münaqişəsinin nizamlanması prosesində üstünlüyə nail olmaq imkanını itirdiklərini başa düşdü. Bu səbəbdən Bakıda Rusiyanın təkliflərinə daha diqqətli olacaqlar ki, bunlar həmin problemin həlli məsələsində alternativsiz ola bilər.
Üç il əvvəl Putinin yaxını olan Aleksandr Duqin Ermənistan rəsmisinin yanında gizlətmədən mənə deyib ki, ermənilər Dağlıq Qarabağın ABŞ tərəfindən tanınmasına nail olmağa cəhd etməməlidir. O, Ermənistanı açıq-aşkar fəlakətlə təhdid etdi. Bu həm də Rusiyanın Dağlıq Qarabğı heç vaxt tanımayacağı nəzərdə tutulurdu. Bu da onu deməyə əsas verir ki, Qarabağın hazırki vəziyyəti Rusiyanın mənafeyinə tamamilə cavab verir. Beləliklə, “müttəfiq” Rusiya Qarabağın müstəqilliyinə kəskin ziddir. Qarabağın sərbəstliyinin olmaması Rusiyanın proqramına daxil edilib. Qarabağda siyasi rəhbər yoxdur, orada hər hansı siyasi hüquqdan məhrum administrasiya fəaliyyət göstərir. Dağlıq Qarabağ administrasiyası öz vəziyyətini çox gözəl başa düşür və bəyan edir ki, Qarabağın məqsədi beynəlxalq səviyyədə tanınmağa nail olmaqdır. Bunun nəyə görə belə edildiyi aydın deyilmi və ümumiyyətlə, müstəqilliyin tanınmasına nail olmaq üçün nəsə edilirmi?
Dağlıq Qarabağın danışıqların tərəfi olması haqqında söhbət sadəcə nümayişkaranə profansiyadır. Əslində bunun müstəqilliklə heç bir əlaqəsi yoxdur. Hətta kimin şəxsən Dağlıq Qarabağ adından danışıq aparmağa qadir olduğu aydın deyil. Əgər hər kimsə Qarabağın danışıqda iştirakı hüququndan istifadə etsə, onda bu yalnız Qarabağı Azərbaycana vermək legitimliyini təmin etməsi üçündür. Bundan başqa, demək lazımdır ki, nə Abxaziyada, nə də Cənubi Osetiyada bu qədər çoxsaylı hərbi agentura yox idi. Bu cür əyalətin müstəqilliyini kim tanıyacaq? Mümkündür ki, Ermənistanın Avroatlantik blokuna inteqrasiyası müstəqillik meyli olan “Qarabağın hüquqlarının tanınmasına” gətirib çıxara bilərdi. Lakin 3 sentyabr Qarabağın üzərinə məzar daşı qoydu və həmin mövzunun bütün mümkün müzakirələrdə olmaması təsadüfi deyil.
Xarici sülhməramlıların münaqişə zonasında iştirak etməsi təklifinə görə daha çox Ermənistanda və Qarabağda narahatdırlar. Həm də şübhə yoxdur ki, sülhməramlılar son hesabda Azərbaycan üçün əlverişli olan oyunlarla oynayacaq və hər hansı bir razılaşma ilə bunun qarşısını almaq mümkün deyil. Rusiya sülhməramlılarının girişi Qarabağı Rusiyanın təkcə real müttəfiqinə deyil, həm də “rus dünyasının” bir hissəsinə çevrilmiş Azərbaycanın nəzarətinə qaytarmaqdan başqa bir şey deyil. Artıq bunun kədərli təcrübəsi var, Ermənistan rəhbərliyi və ictimaiyyəti 90-cı illərin başlanğıcındakı hadisələrin unudulduğunu göstərməyə çalışır. Rus ordusu Dağlıq Qarabağda özü haqqında kədərli xatirə qoyub, çünki erməni əhalisinin iradəsinə və hüquqlarına təzyiq etmək siyasəti aparırdı. Rus qoşunu iki dəfə -1991 və 1992-ci illərdə iki cəzalandırıcı yürüş edərək erməni xalqına qarşı represiyalar həyata keçirib ki, bunlar da 1000 ildən çox ermənilərin öldürülməsi, 40 ildən çox erməni yaşayış yerlərinin məhvi ilə nəticələnib. Onlar ermənilərə qarşı soyqırımı əməliyyatlarında və ermənilərin Qarabağın bir neçə rayonundan köçürülməsində iştirak ediblər.
Regionun siyasi və digər şəraitləri nə qədər də dəyişilsə, rus və digər sülhməramlılar məsələsinin müzakirəsi zamanı bu hadisələrə biganə qalmaq olmaz. Azərbaycanı rus silahı ilə təchiz etmək Azərbaycanda belə bir fikir formalaşdırıb ki, o, sürətlə silahlanmada qailb gəlib və revanşa nail olması mümkündür. Bu il böyük hərbi təxribatlar dövrü olub ki, Rusiya bunlara heç cür reaksiya verməyib, onu gərginliyi saxlamaq kimi qəbul edib, bu isə onun üçün sərfəlidir. Putin özünü Azərbaycanın aqressiyasına mane olan kimi təqdim etməyə çalışıb, amma bu, gərginliyin daha da böyüməsi ilə başa çatıb. Rusiya istəsə idi, sərhəddə silahlı insidentlər bir gündə başa çatardı. Rusiya bunu istəmir, “sülhməramlılarını” daxil etmək üçün işğal faktı kimi ona gərgin vəziyyət lazımdır. Lakin Qarabağ məsələsi Rusiyanın regiona nəzarət etməsinin yeganə şərtidir. Rusiya Ermənistanın Avrasiya layihəsinə cəlb olunmasında deyil, təcrid olunmasında maraqlıdır ki, buna da nail olub.
Rusiya hazırda beynəlxalq aləmdən təcrid olunub və blokadadadır. Bu Ermənistan üçün fəlakətlidir. Rusiya durmadan Türkiyə və Azərbaycanla yaxınlaşır. Bu, Ermənistanın suverenliyini və dövlətçiliyini itirməsi deməkdir. Erməni ictimaiyyəti kapitulyasiyanı tamamilə qəbul edərək buna reaksiya verə bilməyib, hətta vermək istəməyib. Əgər Qərb ictimaiyyəti Ermənistanı vassal vəziyyətdən çıxarmağa müvəffəq olmasa, Qarabağı Azərbaycana güzəştə getmək Ermənistanın məhvinin ilk mərhələsi olacaq. Bu, erməni xalqının bir nömrəli düşməninə çevrilmiş Rusiyanın siyasətinin nəticəsidir. Dağlıq Qarabağ erməniləri bəlkə də nəticəni hiss edərək Rusiyanın bu siyasətini birinci olaraq geri itələyə bilər. Qarabağın qədim əfsanəsi başa çatdı, yenisi hələ başlamayıb. Qarabağın yeni əfsanəsinin müəllifi kimdir?
Məqalə ilə buradan tanış ola bilərsiniz:
http://www.lragir.am/index/arm/0/comments/view/110556
