00:00:00
Yazar
Admin User
28.11.2025 20:06 114 1 dəq oxuma
Hadisə

Rusiya Dnepropetrovsku vurub: ölənlər var

Rusiya Dnepropetrovsku vurub: ölənlər var

Rusiya qüvvələri Dnepropetrovsk və Donetsk vilayətinə zərbələr endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri vəzifəsini icra edən Vladislav Qayvanenko öz Teleqram kanalında məlumat verib.

 

O qeyd edib ki, düşmən vilayətin Vasilkivska icmasına pilotsuz təyyarələrlə, Pokrovska isə idarə olunan aviasiya bombaları ilə zərbələr endirib.

 

Zərbələr nəticəsində 2 mülki şəxs ölüb, 2-si isə yaralanıb. Hücum nəticəsində 5 yaşayış evi zərər görüb, bir lisey binasında isə yanğın olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər