00:00:00
Yazar
Admin User
24.12.2025 18:36 77 1 dəq oxuma
Dünya

Rusiya gözlərini Aya dikib

Rusiya gözlərini Aya dikib

Rusiya Federal Kosmik Agentliyi Roskosmos 2036-cı ilə qədər Ayda elektrik stansiyası qurmaq məqsədini açıqlayıb.

 

Roskosmos yazılı açıqlama verərək, kosmos araşdırma şirkəti Lavoçkin ilə müqavilə imzalandığını açıqlayıb.

 

Lavoçkinlə razılaşma çərçivəsində ortaq işlərin aparılacağına işarə edilən bəyanatda deyilir: "Bu səylər nəticəsində Rusiya 2036-cı ilə qədər Ayda elektrik stansiyası qurmağı hədəfləyir. Layihə davamlı olaraq işləyən elmi Ay stansiyasının yaradılması və Ayın uzunmüddətli kəşfiyyat proqramına keçid istiqamətində mühüm addımdır". 2021-ci ildə Roskosmos ilə Çin Milli Kosmos İdarəsi arasında Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb.

 

Aydan Əsgərxanlı

CCN Türk

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər