00:00:00
Yazar
Admin User
10.06.2025 06:08 171 1 dəq oxuma
Hadisə

Rusiya Kiyev və Odessanı vurub

Rusiya Kiyev və Odessanı vurub

Gecə ərzində Rusiya Ukraynanın Kiyev və Odessa vilayətlərinə raket və PUA-larla zərbələr endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

 

Zərbələr nəticəsində Kiyevin 7 rayonunda yanğınlar baş verib, yaşayış evləri dağılıb. 4 nəfərin yaralandığı bildirilir.

 

Ən çox dağıntı Kiyev vilayətinin Fastov, Brovar, Borispol və Obuxov rayonlarında qeydə alınıb.

 

Rusiya hərbçiləri Odessa şəhərində doğum evini, təcili tibbi yardım xidmətinin stansiyası və yaşayış evlərinə raket zərbələri endiriblər. Zərbələr nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər